Mona Liza

Mona Liza
it. Monna Lisa
Portretin görünüşü
Portretin görünüşü
Rəssam Leonardo da Vinçi
Tarixi 1503-1506, ehtimal ki, 1517-ci ilə kimi əsər üzərində iş davam etdirilmişdir.
Üslubu portret[1]
Texnikası yağlı boya
Ölçüləri 77 sm × 53 sm
Materialı yağlı boya[d][2]
Sifarişçi Liza Gerardini
Saxlanıldığı yer Luvr muzeyi
Saytı wga.hu/html/l/leonardo/0…
louvre.fr/decouvrir/le-p…
louvre.fr/en/explore/the…
louvre.fr/es/explora/el-…
louvre.fr/zh-hans/tansuo…
focus.louvre.fr/sites/de…
İnventar nömrəsi INV 779, MR 316
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mona Liza (it. Monna Lisa və ya La Gioconda, fr. La Joconde) — İtaliya intibahı rəssamı Leonardo da Vinçi tərəfindən çəkilmiş Liza Gerardininin yarım boy ölçülü portreti. Mona Liza, "dünyanın ən məşhur, ən çox ziyarət edilən, ən çox haqqında yazılan, ən çox musiqi həsr edilən və ən çox parodiya edilən sənət əsəridir."[3] Mona Liza həm də dünyada ən bahalı rəsm əsərlərindən biridir. 1962-ci ildə $100 milyon dəyərində sığorta edilən əsər, o zamana kimi məlum olan ən böyük sığorta dəyəri kimi Ginnesin Rekordlar Kitabına düşmüş[4], 2017-ci ildə isə onun sığorta dəyəri $800 milyona çatmışdır.[5]

Rəsm əsəri, Françesko del Cakondonun həyat yoldaşı Liza Gerardininin qaraqovaq paneli üzərində yağlı boya ilə çəkilmiş portretidir. Əsərin 1503–1506-cı illərdə çəkildiyinə inanılır; lakin, ehtimal ki, Da Vinçi 1517-ci ilə kimi portret üzərində işləməyə davam etmişdir. Son elmi tədqiqatlar rəssamın əsər üzərində işə 1513-cü ildən əvvəl başlamadığını göstərir.[6][7][8][9] Fransa kralı I Fransisk tərəfindən alınmış əsər hazırda Fransa Respublikasının mülkiyyətindədir və 1797-ci ildən Parisdəki Luvr muzeyinin daimi ekspozisiyasına daxildir.[10]

Subyektin çox vaxt sirrli adlandırılan mimikası[11], kompozisiyanın monumentallığı, formaların incə modelləndirilməsi və atmosferik illüzionizm əsərin geniş tədqiqinə və məşhurlaşmasına səbəb olan əsas xüsusiyyətləridir.[12]

  1. https://rkd.nl/explore/images/302327.
  2. The Mona Lisa | Focus.
  3. Lichfield, John. "The Moving of the Mona Lisa". The Independent. 1 April 2005. 9 November 2016 tarixində arxivləşdirilib.
  4. "Highest insurance valuation for a painting". Guinness World Records (ingilis). 2022-06-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 yanvar 2018.
  5. "Inflation Calculator". www.dollartimes.com (ingilis). 2018-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 yanvar 2018.
  6. Pedretti, Carlo. Leonardo, a study in chronology and style. Johnson Reprint Corporation. 1982. ISBN 0384452809.
  7. Vezzosi, Alessandro. The Gioconda mystery – Leonardo and the "common vice of painters" // Vezzosi; Schwarz; Manetti (redaktorlar ). Mona Lisa: Leonardo’s hidden face. Polistampa. 2007. ISBN 9788859602583.
  8. Lorusso, Salvatore; Natali, Andrea. "Mona Lisa: A comparative evaluation of the different versions and copies". Conservation Science. 15. 2015: 57–84. 2017-08-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 yanvar 2018.
  9. Asmus, John F.; Parfenov, Vadim; Elford, Jessie. "Seeing double: Leonardo's Mona Lisa twin". Optical and Quantum Electronics. 48. 28 November 2016: 555. 20 December 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 yanvar 2018.
  10. Carrier, David. Museum Skepticism: A History of the Display of Art in Public Galleries. Duke University Press. 2006. səh. 35. ISBN 0822387573.
  11. Cohen, Philip. "Noisy secret of Mona Lisa's". New Scientist. 23 June 2004. 23 April 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 April 2008.
  12. Sitat səhvi: Yanlış <ref> teqi; Louvre adlı istinad üçün mətn göstərilməyib

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search